Yeni “OPPO Reno6” smartfonları təqdim ediləcək
Çinin “OPPO” şirkəti mayda yeni məhsulların təqdimatını planlaşdırır. Belə ki, qarşıdakı tədbirdə “Reno6” seriyalı smartfonların nümayiş olunacağı gözlənilir.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qeyd olunan seriyaya üç model daxil olacaq. Seriyanın əsas versiyası 3 giqahers takt tezlikli səkkiz nüvə, “Mali-G77 MC9” qrafik sürətləndiricisi və “5G” modeminin daxil olduğu “MediaTek Dimensity 1200” prosessoru ilə təchiz ediləcək. Displeyin yeniləmə tezliyi 90 giqahers təşkil edəcək.
Bir pillə yüksəkdə “Reno6 Pro” modifikasiyası yerləşəcək. Qurğu 3,2 giqahers takt tezlikli səkkiz “Kryo 585” nüvəsini, “Adreno 650” qrafik blokunu və “Snapdragon X55 5G” mobil modemini birləşdirən “Qualcomm Snapdragon 870” çipinə malik olacaq. Ekranın yeniləmə tezliyi 90 giqahers təşkil edəcək.
Seriyanın zirvəsində isə “Snapdragon 888” prosessorlu “Reno6 Pro ” modeli qərarlaşacaq. Bu həllə 2,84 giqahers tezlikli səkkiz nüvə, “Adreno 660” qrafik sürətləndiricisi və “Snapdragon X60 5G” modemi daxildir. Smartfon 120 giqahers yeniləmə tezlikli ekranla təchiz olunacaq.
Hər üç model 65 vatlıq sürətli enerjidoldurma və 30 vatt gücündə simsiz enerjidoldurma dəstəkli 4500 milliamper/saat tutumlu akkumulyatora malik olacaq. Smartfonların rəsmi təqdimatı mayın 22-nə planlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 1070
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet