“Chrome OS” sistemli noutbukların tədarükü 4 dəfə artıb
Dünya bazarında “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən portativ kompüterlərə tələbat sürətlə artır. Bu qurğulara tələbat davam edən pandemiya fonunda distant təhsil platformalarının inkişafı ilə izah olunur.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Digitimes Research” şirkətinin qiymətləndirməsinə görə, 2021-ci ilin birinci rübündə “Chrome OS” noutbuklarının tədarük həcmi 10 milyon ədədi ötüb. Bu, 2020-ci ilin birinci rübünün nəticəsi ilə müqayisədə 280 faiz çoxdur.
Qeyd olunur ki, yanvar-martda “HP”, “Samsung Electronics” və “ASUS” şirkətləri “Chrome OS” əsasında noutbukların tədarük həcmində rekord nümayiş etdiriblər. Bundan başqa, “MediaTek” prosessorları üzərində qurulan noutbukların tədarükü yeni səviyyəyə çataraq təxminən 1,5 milyon ədəd təşkil edib.
Dünya portativ kompüterlər bazarına ümumilikdə nəzər saldıqda ötən rübdə tədarük həcminin 57,51 milyon ədəd səviyyəsində olmasının şahidi oluruq. Bu, 2020-ci ilin sonuncu rübü ilə müqayisədə 8,7 faiz azdır.
Analitiklərin sözlərinə görə, oyun noutbukları seqmentində satışda artımı “ASUS” və “Micro-Star International” (MSI) şirkətləri nümayiş etdirib. Lakin bu sektorda yüksək məhsuldarlıqlı prosessorlar və diskret qrafik sürətləndiricilər çatışmazlığı müşahidə olunur.
“Apple” şirkəti rüb ərzində 5 milyondan çox “MacBook” noutbuku tədarük edib. Bu portativ kompüterlərin tədarükündə artım illik hesablamada təqribən 150 faiz təşkil edib.
Nizam Nuriyev
Baxış sayı: 1100
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet