12px13px15px17px
Tarix:06/05/21

Yeni “HP Omen 17” noutbuku “Intel Core i9-11900H” prosessoru ilə təchiz ediləcək

“HP” şirkəti oyun həvəskarları üçün “Omen 17” portativ kompüterinin yeni nəslini buraxmağa hazırlaşır. Noutbukun əsasını “Intel Tiger Lake” aparat platforması təşkil edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, populyar “Geekbench” saytında noutbukun “OMEN 17-ck0xxx” adlı versiyası yer alıb. Həmçinin 4,9 giqahers takt tezlikli səkkiz hesablama nüvəsinə malik “Core i9-11900H” prosessorunun istifadə edildiyi bildirilir. Əsas takt tezliyi 2,5 giqahers səviyyəsində göstərilib.

 

“DDR4-3200” operativ yaddaş dəstəyi təmin olunur. Test edilən portativ kompüter 32 giqabaytlıq operativ yaddaşla təchiz edilib.

 

Məlumata görə, yeni noutbuk 30-cu seriyalı “NVIDIA GeForce RTX” diskret qrafik sürətləndiricisi ilə təchiz ediləcək. Diaqonal ölçüsü 17,3 düym təşkil edəcək ekranın təsvir ölçüsü və yeniləmə tezliyi qeyd olunmayıb.

 

Noutbuka “Windows 10 Pro” əməliyyat sistemi quraşdırılıb. Müşahidəçilərin fikrincə, qurğunun rəsmi təqdimatı bu rüb keçiriləcək.

 

Yeni noutbukun “PCIe” interfeysli sürətli bərkcisimli toplayıcı və “Wi-Fi 6” simsiz rabitə adapteri ilə təchiz olunacağı ehtimal edilir. Qurğu tamölçülü klaviaturaya malik olacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 511

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024