12px13px15px17px
Tarix:06/05/21

Fərdi kompüter və planşetlərin rüblük satışı 1,5 dəfə artıb

"Canalys" şirkəti dünya fərdi kompüter və planşetlər bazarı üzrə yeni statistika dərc edib. Hesabata görə, bu ilin birinci rübündə sahənin ədəd ifadəsində həcmi 2020-ci ilin ilk rübü ilə müqayisədə təxminən 1,5 dəfə artıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, statistikada masaüstü kompüter, müxtəlif tipli noutbuk (o cümlədən Chrome OS əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular), eləcə də planşetlərin tədarükü nəzərə alınıb.

 

Yanvar-martda qlobal miqyasda 122,1 milyon qeyd olunan tipli qurğu tədarük edilib. Bu, tədarük həcminin 79,8 milyon ədədə bərabər olduğu ötən ilin birinci rübü ilə müqayisədə 53,1 faiz çoxdur.

 

Bazarın ən böyük oyunçusu 19,7 faiz paya sahib Çinin "Lenovo" şirkəti olaraq qalır. İkinci yerdə 18,1 faiz nəticə ilə "Apple" qərarlaşıb. Liderlər üçlüyünü 15,8 faiz payla "HP" şirkəti tamamlayıb. Sonrakı pillələrdə sahənin müvafiq olaraq 10,7 və 8 faizinə nəzarət edən "Dell" və "Samsung" yer alıb.

 

Ən böyük artım xrombuklar seqmentində qeydə alınıb. Burada satışlar illik hesablamada 274,6 faiz artaraq 12 milyon ədəd təşkil edib. Bir il əvvəl bu göstərici 3,2 milyon olub.

 

Ənənəvi fərdi kompüterlərə tələbat 4 faiz azalıb, noutbuklara (xrombuklar nəzərə alınmadan) isə 62 faiz artıb. Ötən rübdə planşetlərin satışı təqribən 51 faiz yüksəlib.

 

Nizam Nuriyev





Baxış sayı: 1125

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024