“Xiaomi Mi TV P1” seriyalı televizorlar təqdim edilib
Çinin "Xiaomi" şirkəti İtaliyada təqdimat keçirərək ucuz "Mi TV P1" televizorlar seriyasını nümayiş etdirib. Seriya 32, 43, 50 və 55 düymlük modellərdən ibarətdir. Televizorlarda arxa işıqlandırmalı maye-kristal (LCD) paneldən istifadə olunub.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, 32 düymlük kiçik "Xiaomi Mi TV P1" modeli "HD" (1366 × 768 piksel) təsvir ölçüsünə malikdir. Seriyanın digər nümayəndələri 3840 x 2160 piksel (4K) təsvir ölçüsünü dəstəkləyir.
Dörd modelin hamısı 60 giqahers yeniləmə tezliyi və 178 dərəcə baxış bucağına malikdir. Onlar "Android TV 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyir, "Chromecast" və "Google Assistant" dəstəyinə malikdir, eləcə də "Play Market" mağazasında proqramlar quraşdırmaq imkanı təklif edirlər.
"4K" standartlı modellər tərkibində 1,5 giqahers takt tezlikli dörd "ARM Cortex-A55" nüvəsi və "ARM Mali G52 MP2" qrafik sürətləndiricisinin istifadə olunduğu "MediaTek MT9611" prosessorları əsasında qurulub. Bundan başqa, televizorlar 2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib.
Yeni qurğular 1,07 milyard rəng çalarını (8 bit FRC), "Dolby Vision", "HDR10 ", "HLG" və "MEMC" texnologiyasını dəstəkləyir. Ekranlar "NTSC" rəng məkanını 88 faiz, "DCI-P3" rəng qammasını 94 faiz əhatə edir. "4K" təsvir ölçülü modellərin hər biri 10 vatt gücündə iki dinamik, "Dolby Audio" və "DTS-HD" texnologiyalarının dəstəyi ilə təchiz olunub. Onlar ikidiapazonlu "Wi-Fi", "Bluetooth 5.0", bir "HDMI 2.0" və "HDMI 2.1" (eARC, VRR) çıxışı, bir "HDMI" (CEC), iki "USB 2.0", kompozit "AV", "Ethernet", optik port, eləcə də qulaqcıq üçün 3,5 millimetrlik çıxış və "PCMCIA" çıxışına malikdirlər.
Televizorlar dəstinə rəqəmli klaviaturalı və digər funksional klavişli yeni "Mi TV Remote" məsafədən idarəetmə pultu daxildir.
Televizorların qiyməti: "Mi TV P1 32" 280 avro; "Mi TV P1 43" 450 avro; "Mi TV P1 50" 600 avro; "Mi TV P1 55" 650 avro.
"Xiaomi Mi TV P1" seriyalı televizorların əvvəlcə İtaliyada satışa çıxarılması nəzərdə tutulur. Digər ölkələr üçün yeni qurğuların təqdimatı yaxın vaxtlara planlaşdırlır.
Nizam Nuriyev
Baxış sayı: 592
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet