12px13px15px17px
Tarix:07/05/21

“OPPO K9 5G” smartfonu “ColorOS 11.1” sisteminin idarəetməsi ilə işləyir

Çinin “OPPO” şirkəti “Qualcomm” aparat platforması və “Android 11” əsasında “ColorOS 11.1” əməliyyat sistemindən istifadə edən orta səviyyəli “K9 5G” smartfonunu nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğuya 2,8 giqahers takt tezlikli “Kryo 475” hesablama nüvəsi, “Adreno 620” qrafik sürətləndiricisi və “Snapdragon X52 5G” mobil modeminin daxil olduğu “Snapdragon 768G” prosessoru quraşdırılıb.

Smartfon “Full HD+” (2400 × 1080 piksel) formatlı, 20:9 tərəf nisbətli və 90 giqahers yeniləmə tezlikli 6,43 düymlük “AMOLED” ekranla təchiz edilib. Ekran sahəsində daktiloskopik skaner və 32 meqapikselli ön kamera yerləşir.

Üçlü arxa kameraya 64 meqapikselli əsas sensor, enlibucaqlı optikaya (119 dərəcə) malik 8 meqapikselli blok və 2 meqapikselli makromodul daxildir.

Qurğu 8 giqabaytlıq operativ yaddaş, “Wi-Fi 802.11ac” və “Bluetooth 5.1” simsiz rabitə adapterləri, “USB Type-C” portu və qulaqcıq üçün 3,5 millimetrlik çıxışla təchiz olunub. Enerjini 65 vatlıq sürətli enerjidoldurma dəstəkli 4300 milliamper/saat tutumlu akkumulyator batareyası təmin edir.

Alıcılara 128 və 256 quraşdırılmış yaddaşa malik modifikasiyalar təklif olunacaq. Qiymət müvafiq olaraq 310 və 340 dollar təşkil edəcək.  

Nizam Nuriyev





Baxış sayı: 657

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024