“Google” ikimərhələli autentifikasiyanı standart edəcək
"Google" şirkəti ikimərhələli autentifikasiyanı bütün hesablar üçün başlanğıc ayar kimi aktivləşdirəcək. Bildiriş SMS-lə göndərilməyəcək, çünki tədqiqatçılar onların asanlıqla ələ keçirilməsini bildiriblər.
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Google" şirkəti istifadəçi hesablarının təhlükəsizliyinin artırılması planları haqqında danışıb: gələcəkdə ikimərhələli autentifikasiya başlanğıc ayar kimi aktiv ediləcək.
Bu funksiyanın aktivləşdirilməsindən sonra istifadəçilərin smartfonuna "Google" hesabına giriş cəhdinin qanuni olması ilə bağlı təsdiqetmə sorğusu göndəriləcək. "Sistemə giriş üçün mobil qurğudan istifadə etmək şifrədən daha təhlükəsizdir – "Google"da məhsulların idarəetməsi üzrə böyük direktor Mark Rişer bildirib. Eyni zamanda telefonda bildirişlər asanlıqla ələ keçirilə bilən SMS-lərdən daha təhlükəsizdir".
Standart ikimərhələli autentifikasiya istifadəçi üçün uyğun deyilsə, onda o, təhlükəsizlik açarından ("YubiKey" mobil tətbiqindən və ya "Google"dan Titan) istifadə edə bilər.
Emil Hüseynov
Baxış sayı: 739
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet