12px13px15px17px
Tarix:08/05/21

“Ericsson” və “Samsung” qarşılıqlı lisenziyalaşdırma haqqında razılığa gəlib

İsveçin “Ericsson” və Cənubi Koreyanın “Samsung” şirkətləri arasında bütün mobil texnologiyalara aid patent hüquqlarını əhatə edən qlobal patent lisenziyaları haqqında uzunmüddətli saziş imzalanıb. Qarşılıqlı lisenziyalaşdırma haqqında saziş 1 yanvar 2021-ci ildən etibarən şəbəkə infrastrukturu avadanlığı və mobil qurğuların satışına şamil edilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, tərəflər, həmçinin açıq standartlaşdırma sahəsində mobil sənayenin təşviqi və istehlakçı və müəssisələr üçün qiymətli həllərin yaradılması üçün texnoloji əməkdaşlıq haqqında layihələr barədə razılığa gəliblər.

 

Saziş hər iki şirkət tərəfindən ABŞ Beynəlxalq Ticarət Komissiyasına (USITC) təqdim edilən şikayətlərə, eləcə də bir neçə ölkədə davam edən məhkəmə proseslərinə son qoyub. Bundan əlavə, razılaşma hər iki şirkətin güclü patent portfellərinin dəyərini təsdiqləyib. Sazişin detalları məxfi olduğundan ətraflı məlumat verilmir.

 

Qeyd edək ki, “Ericsson” şirkətinin əqli mülkiyyət portfelində 57 mindən çox patent mövcuddur.

 

Nizam Nuriyev





Baxış sayı: 869

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024