Smartfonların işləmə müddətini artıran yeni texnologiya təqdim edilib
Yapon alimləri akkumulyatorların işləmə müddətini artıran material ixtira ediblər. Bu isə öz növbəsində daima şarj tələb edən smartfon və başqa cihazların işləmə müddətini artırmağa imkan verəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Yaponiyanın Qabaqcıl Elm və Texnologiyalar İnstitutunun (JAIST) tədqiqatçıları yeni ixtiranın müəllifidirlər. Mütəxəssislərin sözlərinə görə, yeni material sayəsində akkumulyatorlar daha gec sıradan çıxır və 5 il istifadədən sonra öz həcminin 95%-ni saxlayır. “Bis-imino-acenaphthenequinone-Paraphenylene” (BP) adlandırılmış yeni material artıq yaxın vaxtlarda ənənəvi qrafitdən hazırlanan anodu əvəz edə bilər.
Tədqiqatçılar qeyd edirlər ki, müasir akkumulyatorlar il ərzində öz həcminin 10%-dək itirirlər, buna görə üç il sonra əvvəlki həcminin 70%-dən az hissəsini saxlayırlar ki, bu da bir çox istifadəçilərin yeni texnikaya keçməsinə səbəb olur. Bu problem elektrik avtomobilləri üçün daha aktualdır. Yeni texnologiya batareyaların işləmə müddətini artıracaq ki, bu da həm istehsalçılara, həm də alıcılara fayda gətirəcək.
Emil Hüseynov
Baxış sayı: 2876
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet