12px13px15px17px
Tarix:16/05/21

“Google Chrome” brauzeri saytları daha sürətli açacaq

Populyar brauzerdə reallaşdırılacaq yeni seçim veb-səhifələrin açılmasını sürətləndirəcək. Bu haqda proqram tərtibatçılarının sənədinə istinadən “WindowsLatest” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, yenidən sarınma keşi (BFcache) istifadəçilər "geri" və ya "irəli" düyməsinə sıxdıqda əvvəl açılmış səhifələri daha sürətli yükləməyə imkan verəcək.

 

“BFcache” seçimi “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular üçün versiyada özünü doğruldub. “Google”un mütəxəssisləri onun veb-naviqasiyanın sürətini 20% artırdığını hesab edirlər. Ancaq keş edilmiş səhifələr “JavaScript” senarilərini icra edə bilmədiklərinə görə ayrı-ayrı elementlər, məsələn, reklam nisbətən gec yüklənəcək.

 

“BFcache” funksiyası hələ ki “Windows”, “macOS” və “Linux” üçün “Chrome 92” brauzerinin test quraşdırmasında əlçatandır, lakin tərtibatçılar onu daha geniş yaymağı planlaşdırırlar.

 

Emil Hüseynov





Baxış sayı: 558

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 May 2024

04 05 2024