12px13px15px17px
Tarix:17/05/21

17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May dünyada Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur.

 

Bu günün əlamətdar olması ilk Beynəlxalq Teleqraf Konvensiyasının imzalanması ilə Beynəlxalq Telekommunikasiya İttifaqının yaranmasının 1865-ci il 17 may tarixinə təsadüf etməsi ilə əlaqədardır.

 

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusu “Çətin dövrdə rəqəmsal transformasiyanın sürətləndirilməsi”dir.

 

Bu gün münasibətilə World Summit on the Information Society – İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti çərçivəsində yüksək səviyyəli virtual panel keçirilib.

 

Əsas məqsəd həm ölkələr arasında, həm də müxtəlif sektorlarda informasiya-kommunikasiya texnologiyaları (İKT) və telekommunikasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulamaqdır.

 

Paneldə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə də iştirak edib. Nazir müavini rəqəmsal transformasiyanın əhəmiyyətindən danışaraq zamanın çağırışlarına uyğun görülən və görüləcək işlər barədə məlumat verib.

 

Elmir Vəlizadə çıxışında işğaldan azad edilmiş torpaqlarda müasir texnologiyaların tətbiqi məsələlərinə də toxunub. “Ağıllı (smart) və yaşıl (green) texnologiyaların tətbiqi ilə işğaldan azad edilmiş ərazilərdə yerləşən şəhər və kəndlərin müasir texnologiyalar əsasında qurulacağı planlaşdırılır”, – deyə nazir müavini qeyd edib.

 

Panelin gedişində rəqəmsal texnologiyaların “COVID-19” pandemiyası zamanında rolu və sonrakı dövrdə fəaliyyətin hansı istiqamətdə inkişaf etdiriləcəyi ilə bağlı müzakirələr aparılıb.





Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024