Azərbaycanlı mütəxəssislərin hazırladığı rəqəmsal transformasiya layihəsi beynəlxalq müsabiqədə 1-ci yerə layiq görüldü
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan "Vətəndaşların elektron müraciəti portalı" layihəsi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb.
Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən "İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2021 Mükafatları" (WSIS Prizes – 2021) bu gün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən beynəlxalq onlayn konfransda öz sahiblərinə təqdim olunub.
"WSIS Prizes – 2021" müsabiqəsinə Azərbaycanla yanaşı, dünyanın bir çox ölkəsindən 1270 elektron layihə təqdim olunub. Ekspertlər qrupu tərəfindən nəzərdən keçirilən bu layihələrdən 360-ı uğurlu hesab edilərək müsabiqədə iştiraka buraxılıb. 18 nominasiya üzrə onlayn səsvermə əsasında keçirilən müsabiqə nəticəsində 90 "Çempion", 18 "Qalib" layihə seçilib.
"Vətəndaşların elektron müraciəti portalı – www.e-qebul.az" layihəsi "E-hökumət" kateqoriyası üzrə təqdim edilib. Bu layihə vətəndaşlar və dövlət qurumları arasında mövcud münasibətlərdəki problemlərin həlli üçün Şamaxı Rayon İcra Hakimiyyətinin təklifləri əsasında Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. 2020-ci ilin sentyabr ayından Şamaxı rayonunda tətbiq olunan layihə "WSIS Prizes – 2021" müsabiqəsində həm çempion seçidi, həm də qalib oldu.
"Vətəndaşların elektron müraciəti portalı" vətəndaşlara dövlət qurumlarına fiziki olaraq getmədən onlayn şəkildə müraciət ünvanlamaq imkanı verir.
Şamaxı rayonunda bütün müvafiq dövlət qurumlarının və xidmət sahələrinin qoşulduğu portala bu günədək 1200-dən çox vətəndaş müraciət edib. Qeyd edək ki, portala istənilən sayda dövlət qurumunun inteqrasiyası mümkündür. Bu da dövlət xidmətlərinə əlçatanlığı və operativliyi təmin edir, həmçinin bürokratik əngəllər kimi problemləri aradan qaldırır. Eyni zamanda yeni yaradılmış portal qurumların fəaliyyətindəki hesabatlılığı təmin edir və mərkəzi icra hakimiyyəti orqanları yerlərdə vətəndaşlarla dövlət qurumları arasındakı münasibətləri real vaxt rejimində izləyə bilir.
Portalın özəlliklərindən biri də vətəndaşların istənilən vaxt elektron kabinetlərinə daxil olaraq müraciətlərinin statusunu izləyə bilməsidir. Məsələn, vətəndaş səhhəti, təhsili, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, fərdi təsərrüfatı və s. ilə bağlı müraciətini sistemə daxil etdikdən sonra rayon icra hakimiyyəti ilə koordinasiyalı şəkildə aidiyyəti qurumlar tərəfindən müraciətin araşdırılması həyata keçirilir. Bu müraciətin həlli istiqamətində müəyyən iş aparılır və vətəndaş bu barədə məlumatlandırılır.
Portala giriş Şamaxı Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsinin "Elektron müraciət" bölməsində də yerləşdirilib. Əgər vətəndaşın onlayn müraciət sisteminə daxil olmaq imkanı yoxdursa, bu zaman rayon icra hakimiyyəti yanında yaradılmış ofisə gələrək müraciətini portal üzərindən könüllülərin dəstəyi ilə ünvanlaya bilər.
Elektron müraciət portalı vətəndaşların işini asanlaşdırmaqla yanaşı, pandemiya dövründə onların dövlət qurumları ilə fiziki təmasını azaldıb.
Qeyd edək ki, sosial məsuliyyətini heç vaxt unutmayan Məlumat Hesablama Mərkəzinin daha bir layihəsi, "Danışan kitabxana" 2019-cu ildə müsabiqənin "Çempion" layihə mükafatına layiq görülüb. Həmin layihə Heydər Əliyev Fondunun təşəbbüsü ilə görmə qabiliyyəti məhdud olan insanlar üçün hazırlanıb.
"www.e-qebul.az" layihəsinin "WSIS Prizes – 2021"də qalib olması isə bir ilkdir və ölkəmizin rəqəmsal idarəetmə sistemlərinin inkişafının göstəricisidir.
Baxış sayı: 28065
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet