“Xiaomi” smartfonların tədarükünə görə 12 ölkədə birinci yerə yüksəlib
“Redmi” brendinin baş direktoru Lyu Veybinq Çinin “Xiaomi” şirkətinin 10-dan çox ölkənin smartfon bazarında liderliyə yüksəlməsini açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, “Xiaomi” qurğularının satışı “Huawei” şirkətinin mövqeyinin kəskin zəifləməsi fonunda artır: bu telekommunikasiya nəhənginin smartfonlarının tədarük həcmi ABŞ tərəfindən tətbiq edilən sərt sanksiyalar səbəbindən azalıb.
Məlumata görə, ötən rübün yekunları üzrə “Xiaomi” şirkəti smartfonların satışına görə 12 dövlətdə – Rusiya, İspaniya, Polşa, Belarus, Ukrayna, Xorvatiya, Litva, Malayziya, Hindistan, Nepal, Myanma və Kolumbiyada birinci yeri tutub.
Qeyd olunur ki, Avropada “Xiaomi” aparıcı smartfon tədarükçüləri arasında ikinci pilləyə yüksəlib. Şərqi Avropaya nəzər yetirildikdə, burada “Xiaomi” ardıcıl ikinci rübdür liderlik edir. Qərbi Avropada şirkət üçüncü mövqedə qərarlaşıb.
Ötən ilin yekunları üzrə “Xiaomi” qlobal miqyasda 146 milyon smartfon satıb. Bu, bir il əvvəlin göstəricisindən 17,5 faiz çoxdur.
Nizam Nuriyev
Baxış sayı: 610
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet