“Samsung” və “Google” daşınan elektronika üçün əməliyyat sistemlərini birləşdirib
“Google” və “Samsung” şirkətləri daşınan elektronika üçün əməliyyat sistemlərinin birləşdirilməsi ilə bağlı qərar qəbul ediblər. “Google” şirkətinin “Wear OS” və “Samsung” korporasiyasının “Tizen” əməliyyat sistemlərindən ibarət vahid platformanın yaradılması mayın 18-də “Google I/O” konfransında açıqlanıb.
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, hazırda yeni əməliyyat sistemi “Wear” adlansa da, gələcəkdə onun adının dəyişdiriləcəyi istisna edilmir. Tərəfdaşların fikrincə, yeni sistemin üsünlükləri proqramların sürətli yüklənilməsi, daha rəvan animasiya və yeni platforma əsasında “ağıllı” saat və digər qurğuların avtonom işləmə müddətinin artırılması olacaq. Bundan başqa, proqram tərtibatçıları tərəfindən iki platforma üçün mobil əlavələrin versiyalarının yaradılmasına ehtiyac qalmayacaq.
Həmçinin sistemə yeni funksiyalar, məsələn, düymələr vasitəsilə naqviqasiya imkanı, musiqinin “YouTube Music” servisində lokal saxlanılması və “Fitbit” qurğularının fitnes funksiyaları əlavə olunacaq.
“Samsung” şirkətinin məlumatına görə, yeni nəsil “Galaxy Watch” “ağıllı” saatları, eləcə də premium sinifli “Fitbit” qurğuları yeni sistemin idarəetməsi ilə işləyəcək.
Nizam Nuriyev
Baxış sayı: 539
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet