12px13px15px17px
Tarix:20/05/21

Kompakt “Sony Xperia Ace 2” smartfonu təqdim olunub

“Sony” şirkəti “Xperia Ace 2” smartfonunu rəsmən təqdim edib. Yeni qurğu mayın 28-dən etibarən ağ, qara və mavi olmaqla üç rəng variantında satışa çıxarılacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, smartfon müasir ölçülərə görə kompakt modellər sırasına aid edilir. Belə ki, ekranın diaqonal ölçüsü 5,5 düym təşkil edir. Möhkəm “Gorilla Glass 6” qoruyucu şüşəsinə malik “HD ” formatlı panel tətbiq edilib. Displeyin yuxarı hissəsində 8 meqapikselli kameranın yerləşdiyi kiçik kəsik yer nəzərdə tutulub.

 

Qurğunun əsasını 2,3 giqahers takt tezlikli səkkiz “ARM Cortex-A53” hesablama nüvəsini və “IMG PowerVR GE8320” qrafik kontrollerini birləşdirən “MediaTek Helio P35” prosessoru təşkil edir.

 

Əsas kamera iki komponentdən ibarətdir: bu, 13 meqapikselli sensor və 2 milyon pikselli yardımçı sensordur. “IP68” sertifikasiyası rütubət və tozdan qorunmanı təmin edir.

 

Smartfon 4 giqabaytlıq operativ yaddaş, 64 giqabaytlıq quraşdırılmış yaddaş, “microSD” slotu, yan daktiloskopik skaner və qulaqcıq üçün 3,5 millimetrlik standart çıxışla təchiz edilib.

 

Qabaritlər 140 × 69 × 8,9 millimetr, çəki 159 qram təşkil edir. Kompakt ölçülərə baxmayaraq yeni qurğu 4500 milliamper/saat tutumlu güclü akkumulyatora malikdir. “Sony Xperia Ace 2” smartfonu 200 dollar dəyərində qiymətləndirilib.

 

Nizam Nuriyev





Baxış sayı: 544

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024