12px13px15px17px
Tarix:20/05/21

Azərbaycanla Rusiya arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq Sazişi imzalanıb

Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin arasında Moskva şəhərində keçirilmiş görüş çərçivəsində "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.
 
Sazişi Azərbaycan tərəfdən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, Rusiya tərəfdən isə rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Maksut Şadayev imzalayıb.
 
Saziş Azərbaycanla Rusiya arasında telekommunikasiya sektorunun tənzimlənməsi, rəqəmli televiziya və radio yayımı, internetin idarə edilməsi, şəbəkə təhlükəsizliyi, elektron imzaların qarşılıqlı tanınması, poçt xidmətləri, innovasiyalar, rabitə və informasiya texnologiyaları sahəsində kadr hazırlığı və profil sahələrdə texnologiya transferi kimi məsələləri əhatə edir.
 





Baxış sayı: 29262

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024