“HarmonyOS 2.0” sistemli “Huawei” televizoru buraxılıb
Çinin “Huawei” şirkəti “HarmonyOS 2.0” əməliyyat sistemi və 13 meqapikselli maqnit veb-kamera ilə təchiz edilən “Smart Screen SE” adlı “ağıllı” televizor təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “Digger” resursuna istinadən yazır ki, “Huawei Smart Screen SE” televizoru “LED” işıqlandırmalı və “4K” (3840x2160 piksel) təsvir ölçülü, 16,7 milyon rəng dəstəkli, “DCI-P3” rəng qammasını 92 faiz əhatə edən və 60 giqahers yeniləmə tezlikli 55/65 düymlük maye-kristal ekranla təchiz olunub. Baxış bucağı 178 dərəcə, tərəflərin nisbəti 16:9 təşkil edir.
Bazardakı digər smart televizorlardan fərqli olaraq bu model 2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaşla birlikdə işləyən “HiSiliicon Honghu” prosessoruna malikdir. Televizor “Huawei Share”, “EMUI Desktop” funksiyalarını, eləcə də “Huawei Xiaoyi AI” səsli köməkçisi, “Huawei Smart Life” əlavəsi, “Huawei HiLink Smart Home” idarəetmə elementləri, maqnit bərkidiciyə malik 13 meqapikselli veb-kamera vasitəsilə videozəngləri və s. dəstəkləyən “HarmonyOS 2.0” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Televizor ikidiapazonlu “Wi-Fi”, “Bluetooth 5.1” və “NFC” modullarını dəstəkləyir. Arxa paneldə iki “HDM 2.0” (biri ARC ilə) portu, “USB 2.0”, “AV In”, “S/PDIF”, “RJ45” (Ethernet) və “DTMB” çıxışı yerləşir. Bundan başqa, “Smart Screen SE” hər biri 10 vatt gücündə iki dinamiklə təchiz edilib.
“Huawei Smart Screen SE” televizorunun 55 düymlük versiyasının Çində qiyməti 3299 yuan, 65 düymlük modelin isə 4299 yuan təşkil edir.
Nizam Nuriyev
Baxış sayı: 759
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet