12px13px15px17px
Tarix:21/05/21

“Google” kvant kompüteri hazırlayacaq

“Google” şirkəti kvant kompüterinin hazırlanmasına milyardlarla dollar vəsait yatıracaq. Bu haqda “The Wall Street Journal” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, korporasiyanın nümayəndələri 2029-cu ilədək kommersiya kvant kompüterinin hazırlanması üzərində işləri başa çatdırmaq niyyətində olduqlarını bildiriblər. “Google” sözügedən kompüterin üzərində işləmək üçün Santa-Barbarada “Quantum AI” adlı yeni kampus açıb. Burada kvant məlumatlar mərkəzi, avadanlıqların tədqiqi laboratoriyası və kvant prosessorları mikrosxemlərinin istehsalı üçün müəssisələr yerləşir.

 

Korporasiyanın yeni texnologiyanın hazırlanmasına və inkişafına "bir neçə milyard dollar" investisiya yatırmaq niyyətində olduğu jurnalistlərə məlum olub. Şirkətin nümayəndələri investisiyalara qoyulmuş xərcin çıxarılacağına əmindirlər, çünki yeni qurğu müasir kompüterin 10 min ilə yerinə yetirəcəyi hesablamalara 3 dəqiqə yarım vaxt sərf edir.

 

Kvant kompüteri adi kompüterdən onunla fərqlənir ki, informasiyanı kubitlərdə emal edir və saxlayır. Kubitlər, həmçinin vahid və sıfırlardan ibarətdir, amma yalnız bu qiymətlərlə məhdudlaşmır. Hazırda “Google” şirkəti 100 kubitə əsaslanan sistemlərə malikdir.

 

Emil Hüseynov





Baxış sayı: 621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024