Futbol üzrə Avropa çempionatının rəsmi smartfonu nümayiş olunub
"Vivo X60 Pro 5G" Futbol üzrə Avropa çempionatının rəsmi smartfonu olub. Bu barədə Çinin "Vivo" şirkətinin rəsmi məlumatında deyilir. Martda Malayziyada təqdim edilən qurğu indi Avropa bazarına çıxarılacaq.
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, smartfon "Zeiss" şirkətinin mütəxəssislərinin iştirakı ilə hazırlanan qabaqcıl kameraya malikdir. Kamera beşoxlu video sabitləyici sistemə malikdir. Həmçinin dəqiqliyi, rəngi, detalları və kəskinliyi artıran "Pixel Shift Ultra HD Imaging Technology" adlı yeni funksiya tətbiq edilib. "Vivo" nümayəndələrinin sözlərinə görə, xüsusi "Zeiss Biotar Portrait Style" portret çəkilişi rejimi əlavə olunub.
"Vivo X60 Pro" smartfonu "Snapdragon 870" birkristallı sistemi, 6,56 düym diaqonallı, 120 giqahers yeniləmə tezlikli 2376 х 1080 piksel təsvir ölçülü "AMOLED" ekran, 32 meqapikselli ön kamera, 48, 13 və 13 meqapikselli əsas görüntü sensorları, 12 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaş, 33 vatt gücündə sürətli enerjidoldurmanı dəstəkləyən 4200 milliamper/saat tutumlu akkumulyator ilə təchiz olunub.
Qiyməti 749 funt-sterlinq təşkil edəcək "Vivo X60 Pro 5G" smartfonunun satışlarına iyunun 3-dən etibarən Böyük Britaniyada başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 1398
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet