Bərkcisimli toplayıcıların populyarlığı artır
“Trendfocus” şirkəti tədqiqat apararaq bərkcisimli toplayıcıların (SSD) populyarlığının artmasını açıqlayıb. Belə ki, bu ilin birinci rübündə onlar satış həcminə görə ənənəvi sərt diskləri (HDD) 3:2 nisbətində üstələyiblər.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, analitiklərin qiymətləndirməsinə görə, yanvar-martda üç “HDD” istehsalçısı ümumilikdə 64,17 milyon qurğu satıb. Bununla yanaşı, “SSD” tədarükçüləri ümumilikdə 99,44 milyon məhsul tədarük ediblər.
Bu ilin birinci rübünün yekunları üzrə bərkcisimli toplayıcılar bazarının lideri ədədi ifadədə 25,3 faiz payla “Samsung” şirkəti olub. Beləliklə, Cənubi Koreya nəhəngi müvafiq seqmentin dörddəbir hissəsinə nəzarət edir.
İkinci pillədə natural ifadədə “SSD” seqmeninin 18,2 faizinə sahib çıxan “Western Digital” şirkəti qərarlaşıb. Liderlər üçlüyünü 13,3 faiz payla “Kioxia” şirkəti (keçmiş Toshiba Memory) tamamlayıb.
Sahəyə tədarük edilən eksabaytlar baxımından nəzər saldıqda, liderlik hələ ki sərt disklərə məxsusdur: ötən rüb satılan sərt disklərin ümumi tutumu 288,3 eksabayta çatıb. Müqayisə üçün qeyd edək ki, ilin ilk üç ayında tədarük edilən bərkcisimli toplayıcıların ümumi tutumu 61,5 eksabayt təşkil edib.
“Research and Markets” şirkətinin hesablamasına görə, 2020-ci ildə dünya bərkcisimli toplayıcılar bazarının həcmi 34,86 milyard dollara bərabər olub. 2026-cı ildə bu göstəricinin 80,34 milyard dollaradək artacağı proqnozlaşdırılır.
“Gartner” analitik şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ildə sərt disklər seqmentində satış həcmi 20,7 milyard dollar səviyyəsində olub. Ekspertlərin fikrincə, 2022-ci ildə bu göstərici 22,6 milyard dollaradək artacaq.
Nizam Nuriyev
Baxış sayı: 556
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet