12px13px15px17px
Tarix:24/05/21

“Virgin Galactic” kosmik turistlər üçün gəmini sınaqdan keçirib

Britaniyalı milyarder Riçard Brensona məxsus "Virgin Galactic" şirkəti ABŞ-da "SpaceShipTwo" seriyalı "Unity" kosmik gəmisinin uçuş sınaqlarını keçirib. Bu barədə şirkətin saytında dərc edilən məlumatda deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, kosmik turistlər üçün gəminin sınaqları Nyu-Meksiko ştatında aparılıb. Start əvvəlcə fevralın 13-nə planlaşdırılsa da, sonradan ləğv edilib. Şirkətin o vaxt verdiyi məlumata görə, texniki yoxlamalar üçün əlavə vaxtın ayrılması ilə bağlı qərar qəbul edilib.

 

Plana görə, "VMS Eve" təyyarə daşıyıcısı "SpaceShipTwo Unity" kosmik gəmisini 13 km (44 min fut) hündürlüyə qaldıraraq sərbəst planlaşdırmaya buraxmalıdır.

 

Martda "Virgin Galactic" şirkəti "VSS Imagine" adlı yeni kosmoplan hazırlamasını açıqlayıb. "YouTube"da dərc edilən videoçarxa görə, onun fərqli xüsusiyyəti bütün örtüyün istilik qorunmasının əlavə faktoru olan güzgü ilə örtülməsidir. Şirkət kosmoplanın sınaqlarına bu ilin yayında başlamağı planlaşdırır.

 

Nizam Nuriyev





Baxış sayı: 513

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024