İlin birinci rübündə smartfonların satışı 100 milyard dolları ötüb
"Counterpoint Research" şirkətinin analitikləri hesablama apararaq "iPhone 12" smartfonunun 2021-ci ilin birinci rübündə dünyada ən çox satılan model olmasını açıqlayıblar. "iPhone 12 Pro Max" smartfonu ikinci yeri tutub.
"ICTnews" Elektron Xəbər Xidməti "Digger" resursuna istinadən yazır ki, məlumata görə, cari ilin birinci rübü rekord olub – smartfonların satışından mədaxil 100 milyard dolları üstələyib.
Gözlənildiyi kimi, istehsalçılara ən çox gəliri qiyməti 400 dollar və daha bahalı modellər gətirib. Onların dünya mədaxilində payı 65 faizə bərabər olub. Dünyada gəlirin 46 faizi 10 ən çox satılan qurğunun payına düşür. Bununla yanaşı, hər 10 qurğunun 6-sı "iPhone" modelidir.
"Apple" şirkəti 400 dollardan bahalı smartfonlar seqmentində liderdir, "iPhone 12" seriyası isə bu ilin birinci rübündə dünyada telefonların satış həcminin üçdə bir hissəsini (34 faiz) qazandırıb.
Nizam Nuriyev
Baxış sayı: 565
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet