12px13px15px17px
Tarix:24/05/21

“Samsung”un “Android” platforması üçün mobil tətbiqi 1 milyard dəfədən çox yüklənilib

“Android”in uzun müddət mövcudluğuna baxmayaraq, mobil platformada yüklənmə sayı 1 milyardı ötən tətbiqlər elə də çox deyil. “Samsung” şirkətinin “Samsung Notes” mobil tətbiqinin yüklənmə sayı 1 milyardı ötüb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, qeyd etmək lazımdır ki, “Notes” proqramı şirkətin bütün smartfonlarına başlanğıc ayar kimi quraşdırılmır. “SamMobile” nəşrinin yazdığı kimi, sözügedən proqram “S Pen” stilusundan istifadə üçün hazırlanıb və bu səbəbdən “Galaxy A”, “Galaxy M” və “Galaxy S” isteshal xəttinə aid qurğulara quraşdırılmayıb.

 

“Samsung Notes” – mətn qeydləri yazmaq üçün sadə və istifadəsi rahat proqram təminatıdır. PDF fayllarının importu, əllə yazılmış və ya səsli qeydlərin əlavə edilməsi və sairə daxil olmaqla çoxlu sayda funksiyanı dəstəkləyir.

 

Emil Hüseynov





Baxış sayı: 1046

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024