12px13px15px17px
Tarix:25/05/21

“OnePlus TV 40Y1” televizoru təqdim edilib

“OnePlus” şirkəti texniki xüsusiyyətlərinə və cəlbedici qiymətinə görə yeni auditoriyanın diqqətini cəlb edəcək “OnePlus TV 40Y1” smart televizorunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, yeni televizor “DCI-P3” rəng qammasının 93 faizini əhatə edən və ön panelin 93 faizini tutan 1920 x 1080 piksel təsvir ölçülü 40 düym diaqonallı maye-kristal ekranla təchiz edilib. “OnePlus TV 40Y1” plastik korpusla təchiz edilib. Düz səthə quraşdırma və divara bərkitmə imkanı nəzərdə tutulub.

 

“OxygenPlay” kontent aqreqasiya servisinə malik “Android TV 9.0 Pie” əməliyyat sistemininin idarəetməsi ilə işləyən televizor 1 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunub. Bundan başqa, “Google Chromecast”, “Google Assistant” və “Amazon Alexa” dəstəyi mövcuddur.

 

“OnePlus TV 40Y1” modeli “Wi-Fi”, “Bluetooth 5.0” modulları, iki “HDMI”, iki “USB”, optik çıxış və “Ethernet” çıxışı ilə təchiz edilib. Həmçinin hər biri 10 vatt gücündə “Dolby Audio” texnologiyasını dəstəkləyən iki stereodinamik nəzərdə tutulub.

 

Hindistanda “OnePlus TV 40Y1” televizorunun qiyməti 329 dollar təşkil edir.

 

Nizam Nuriyev





Baxış sayı: 588

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024