12px13px15px17px
Tarix:25/05/21

“Samsung” şirkəti “Galaxy Tab S7 FE” planşetini təqdim edib

“Samsung” şirkəti 5G şəbəkələrini dəstəkləyən “Galaxy Tab S7 FE” planşetini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.to” saytına istinadən yazır ki, planşet iki məhsuldar nüvədən ibarət “Qualcomm Snapdragon 750G” prosessoru, 4 QB əməli yaddaş və 64 QB-lıq daşıyıcı (“microSD” yaddaş kartı ilə 1 TB-dək artırmaq mümkündür) ilə təchiz edilib.

 

Yenilik 2560x1600 piksel təsvir ölçülü IPS ekranla təchiz edilib, “S Pen” stilusunu dəstəkləyir və yeniləmə tezliyi 60 Hs-ə bərabərdir. Cihaz avtomatik fokusu dəstəkləyən və 2K @ 30 fps formatında çəkiliş edə bilən 8 meqapiksellik (mp-lik) əsas kamera, həmçinin 5 mp-lik ön kameraya malikdir. 10900 milliamper/saat tutumlu akkumulyatora malik qurğunun avtonom işləmə müddəti LTE şəbəkəsində 12 saatadək, video izləmə rejimində isə 13 saatadək təşkil edir.

 

Planşet “Android 11” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

 

Emil Hüseynov





Baxış sayı: 1056

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024