12px13px15px17px
Tarix:26/05/21

“Samsung” Türkiyədə smartfon istehsalı zavodu tikir

“Samsung Electronics” şirkəti Türkiyədə smartfon istehsalı zavodu inşa edir. Bu, Cənubi Koreya nəhənginin 2013-cü ildə Vyetnamda açdığı zavoddan sonra ilk xarici müəssisəsidir. Bu barədə “Business Korea” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkətin Tükiyənin şimal-qərbində Tekirdağ şəhərində yerləşən zavodu tammiqyaslı fəaliyyətə başlamağa hazırlaşır. İndiyədək “Samsung Electronics” Türkiyədə kontrakt əsasında fəaliyyət göstərən istehsalçıların xidmətlərindən istifadə edib.

 

Şirkət tərəfindən yeni müəssisənin gücü barədə məlumat verilməsə də, Türkiyə KİV-nin məlumatına görə, zavodda ildə 3 milyona yaxın smartfonun buraxılışı planlaşdırılır. Türkiyədə əsasən “Galaxy A” seriyalı modellər kimi ucuz sinifə aid qurğular istehsal ediləcək.

 

“Samsung” şirkətinin ən böyük istehsal bazası Vyetnamda yerləşir. Ölkədə yerləşən iki zavodda hər il 150 milyona yaxın qurğu istehsal olunur. Son vaxtlar dünya smartfonlar bazarının lideri Hindistanda istehsalı genişləndirir. Şirkətin Noida şəhərindəki zavodu ildə 100 milyon smartfon edir.

 

Bundan başqa, “Samsung Electronics” Braziliya və İndoneziyada smartfon buraxılışı üzrə müəssisəyə malikdir. Onlar əsasən bu dövlətlərin yerli tələbatının ödənilməsi üçün fəaliyyət göstərirlər.

 

Şirkət nümayəndəsinin sözlərinə görə, Türkiyə zavodu 2021-ci ildə tam fəaliyyətə başlayacaq. Müəssisə yerli bazar üçün məhsul istehsal edəcək. İxracla bağlı qərar hələ ki qəbul olunmayıb.

 

Nizam Nuriyev





Baxış sayı: 553

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024