12px13px15px17px
Tarix:27/05/21

Bu il dünya fərdi kompüterlər bazarında artım gözlənilir

“International Data Corporation” (IDC) analitik şirkəti dünya fərdi kompüterlər bazarı üzrə cari və sonrakı illər üçün proqnoz dərc edib: qlobal elektron komponent çatışmazlığına baxmayaraq 2021-ci ildə sahə üzrə artım gözlənilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, açıqlanan məlumatlarda ənənəvi masaüstü kompüterlər, noutbuk və müxtəlif işçi stansiyalarının tədarükü nəzərə alınıb. Planşetlər, klaviaturası ayrılan hibrid noutbuklar və “x86” arxitekturalı serverlər nəzərdən keçirilimir.

 

Analitiklərin fikrincə, bu il dünya miqyasında fərdi kompüterlərin tədarük həcmi 357 milyon ədəd təşkil edəcək. Bu proqnoz özünü doğruldacağı təqdirdə ötən ilə nisbətdə artım 18,1 faiz səviyyəsində olacaq.

 

Tədarük həcminin əhəmiyyətli dərəcədə artması davam edən pandemiya şəraitində distant təhsil və məsafədən iş platformalarının sürətli inkişafı ilə izah olunur.

 

Lakin növbəti ildə vəziyyətin dəyişəcəyi proqnozlaşdırılır. “IDC” mütəxəssislərinin qənaətinə görə, fərdi kompüterlərin satışı illik hesablamada 2,9 faiz azalacaq.

 

Beşillik müddətə nəzər saldıqda, “CAGR” göstəricisi (mürəkkəb faizlərdə ortaillik artım tempi) 3 faiz səviyyəsində proqnozlaşdırılır.

 

Nizam Nuriyev





Baxış sayı: 834

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024