12px13px15px17px
Tarix:27/05/21

Planet əhalisinin təxminən 50%-i bu brauzerdən istifadə edir

“Atlas VPN” xidmətinin tərtibatçıları brauzerlərin populyarlıq reytinqini tərtib ediblər. Məlumata görə, “Google Chrome” brauzeri lider olaraq qalır: planet əhalisinin təxminən yarısı ondan istifadə edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.to” saytına istinadən yazır ki, reytinqin tərtib edilməsində brauzerlərin faiz göstəricilərinə dair “GlobalStats”ın məlumatlarından istifadə edilib və “InternetWorldStats” portalının versiyasına görə, internet istifadəçilərinin sayına əsasən konkret ədədlərə çevrilib. Beləliklə, hər bir proqramın auditoriyası müəyyənləşdirilib. Lakin bu rəqəmlərin 100% dəqiq olmasına dair heç bir zəmanət yoxdur.

 

“Atlas VPN” xidmətinin məlumatına əsasən, 2021-ci ilin aprelinədək dünyada təxminən 3,3 milyard nəfər “Google Chrome” brauzerindən istifadə edib. Bu, planet əhalisinin təxminən 42%-dir. Auditoriyası 945 milyon olan “Apple” şirkətinin “Safari” brauzeri ikinci yeri tutur.

 

181 milyon istifadəçi bazasına malik olan “Firefox” brauzeri üçüncü yerdə qərarlaşıb. Növbəti yerləri “Edge” (171 milyon) və “Samsung Internet” (167 milyon) brauzerləri bölüşdürürlər. 112 milyon istifadəçisi olan “Opera” brauzeri reytinqdə sonuncu yeri tutub.

 

Emil Hüseynov





Baxış sayı: 1751

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024