12px13px15px17px
Tarix:01/06/21

Mikrosxem çatışmazlığı fərdi kompüterlərin tədarükünə təsir göstərəcək

Dünyanın ən böyük fərdi kompüter istehsalçıları üçlüyünə daxil olan "Dell Technologies" və "HP Inc" şirkətləri davam edən mikrosxem çatışmazlığının onların bu il noutbuklara olan tələbatın ödənilməsi qabiliyyətinə mümkün təsiri ilə bağlı xəbərdarlıqla çıxış ediblər. Bundan sonra "Dell" şirkətinin səhmləri 1 faiz, "HP" istehsalçısının isə 6 faiz ucuzlaşıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, dünya fərdi kompüter istehsalçıları reytinqində üçüncü yeri tutan "Dell" şirkəti növbəti rüblük hesabatını dərc edərək masaüstü kompüter, noutbuk və planşetlərin daxil olduğu müştəri həlləri qrupundan mədaxilin illik ifadədə 20 faiz artaraq 13,31 milyard dollara çatmasını açıqlayıb. Lakin komponent hissələrinin tədarükündə məhdudiyyətlər səbəbindən şirkət bu rübdə mədaxilin əvvəlki rübdən aşağı olacağını proqnozlaşdırır.

 

Dünya fərdi kompüter istehsalçıları arasında ikinci pillədə qərarlaşan və bu yaxınlarda növbəti rüblük hesabatını təqdim edən "HP" şirkətinin fərdi kompüterlərinin satışı isə illik ifadədə 27 faiz artıb. Bununla yanaşı, təkcə noutbukların satışında 47 faizlik artım qeydə alınıb. Lakin istehsalçı şikayətlənib ki, komponent defisiti ən azı ilin sonunadək fərdi kompüter və printerlərin tədarükünü məhdudlaşdıracaq.

 

Nizam Nuriyev





Baxış sayı: 549

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024