“Dimensity 1200” çipli “Realme X7 Max 5G” smartfonu təqdim edilib
Çinin "Realme" şirkəti keyfiyyətli "Super AMOLED" ekran və "MediaTek" prosessoru ilə təchiz edilən "X7 Max 5G" smartfonunu rəsmən təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, qurğuda 3 giqahers tezlikli 8 nüvənin, "Mali-G77 MC9" qrafik sürətləndiricisinin və 4,7 Qbit/saniyə sürətində məlumat ötürməni təmin edən "5G" modeminin daxil olduğu "Dimensity 1200" çipi tətbiq edilib.
Diaqonal ölçüsü 6,43 düym təşkil edən displey "Full HD " təsvir ölçüsünə və 120 giqahers yeniləmə tezliyinə malikdir. Sensor qatının reaksiya tezliyi 360 giqahersə bərabərdir. Həmçinin "DCI-P3" rəng məkanı 100 faiz əhatə olunur. Bilavasitə ekran sahəsinə barmaq izi skaneri inteqrasiya edilib.
Məlumata görə, 16 meqapikselli sensor əsasında ön kamera displeyin sol yuxarı küncündə kiçik kəsiyə quraşdırılıb. Üç komponentdən ibarət arxa kameraya 64 meqapikselli "Sony IMX682" əsas bloku, eləcə də 8 və 2 milyon pikselli sensorlar daxildir.
Enerjini 50 vatlıq sürətli enerjidoldurmanı dəstəkləyən 4500 milliamper/saat tutumlu akkumulyator batareyası təmin edir. Bundan başqa, "Wi-Fi 802.11a/b/g/n/ac" və "Bluetooth 5.1" simsiz rabitə adapterləri, "USB Type-C" portu və qulaqcıq üçün 3,5 millimetrlik standart çıxış nəzərdə tutulub.
Operativ yaddaş tutumu 8 və ya 12 giqabayt, quraşdırılmış yaddaş 128 və ya 256 giqabayt təşkil edir. Başlanğıc qiyməti 370 dollara bərabər "Realme X7 Max 5G" smartfonunun çəkisi 179 qramdır.
Nizam Nuriyev
Baxış sayı: 517
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet