“Azərpoçt” MMC və “Azexport.az” arasında memorandum imzalanıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport.az" internet portalı arasında elektron Anlaşma Memorandumu imzalanıb. Məlumat Hesablama Mərkəzinin elektron imza sertifikatından istifadə etməklə dövlət qurumları arasında Anlaşma Memorandumunun imzalanması ölkəmiz üçün ilk nümunələrdəndir. İmzalama mərasimindən əvvəl tərəflərin birgə fəaliyyət istiqamətləri üzrə görülən işlər və perspektivlər müzakirə olunub.
"Azərpoçt" MMC-nin Baş direktor müavini Xəyyam Əlizadə bildirib ki, yeni texnologiyalara aid olan memorandumun imzalanması "Azərpoçt" MMC üçün böyük əhəmiyyət daşıyır. Bu layihə yeni imkanlara yol açacaq. Beynəlxalq və ölkədaxili poçt mübadiləsinin həyata keçirilməsində, eləcə də ölkədə fərdi sahibkarlar arasında nağdsız ödənişlərin daha da genişlənməsinə şarait yaradacaq. O qeyd edib ki, xarici kart sahibləri də "Azərpoçt" MMC-nin elektron kommersiya portalından istifadə edərək Azərbaycan məhsullarını əldə edə biləcəklər. Bu da ölkəmizdə kiçik və orta sahibkarlığın, eləcə də elektron ödənişlərin inkişafına daha da təkan verəcək.
"Azexport.az" internet portalının rəhbəri Ayxan Qədəşov qeyd edib ki, qurumlar arasında memorandumun imzalanması "Azexport.az" internet portalına daxil olan yerli və xarici sifarişlərin icrasında mühüm əhəmiyyət kəsb edir. Belə ki, "Azərpoçt" MMC-nin poçt və maliyyə xidmətlərindən istifadə etməklə, həmçinin yerli və xarici ekspertlərin iştirakı ilə təlimlərin təşkili elektron ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərəcək. Eləcə də koronavirus pandemiyasının yol açdığı çağırışlar rəqəmsallaşmanın daha da dərinləşməsi ilə nəticələndiyini və hazırda elektron imza vasitəsilə imzalanan Anlaşma Memorandumunun da bunun təzahürü olduğunu qeyd edib.
Daha sonra "Azərpoçt" MMC-nin İnkişaf departamentinin direktoru Anar Məcidov və Məlumat Hesablama Mərkəzinin Marketinq və satış şöbəsinin müdiri Ceyhun Məmmədov çıxış edərək mövcud əməkdaşlıq istiqamətlərinin genişləndirilməsinə dair təkliflərini bildiriblər.
Sonda "Azexport.az" internet portalı və "Azərpoçt" MMC arasında Azərbaycanda "B2B", "B2C" və "C2C" seqmenti üzrə qeyri-neft məhsullarının ixracının artırılması, fərdi sahibkarlar və startaplar arasında nağdsız ödəniş və elektron ticarət vərdişlərinin stimullaşdırılması məqsədilə elektron Anlaşma Memorandumu imzalanıb.
Baxış sayı: 686
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet