12px13px15px17px
Tarix:02/06/21

“Hitachi” ABŞ-da yarımkeçiricilər üzrə ilk tədqiqat mərkəzi yaradacaq

“Hitachi High-Tech Corporation” və “Hitachi High-Tech Group” korporasiyalarının bölməsi olan “Hitachi High-Tech America” şirkəti ABŞ-ın Oreqon ştatının Portlend şəhərində “Center of Excellence” adlı yeni tədqiqat mərkəzinin – innovativ yarımkeçirici məhsulların hazırlanması və inteqrasiyası üzrə mərkəzləşdirilmiş müəssisənin inşasına başlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, yeni müəssisədə “Hitachi Lumada” platforması əsasında yeni həllər hazırlanacaq. Mərkəz süni intellekt texnologiyaları ilə bağlı məsələlər, eləcə də yeni “Əşyalar interneti” məhsulları və beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən rəqəmli qurğuların hazırlanması ilə məşğul olacaq. Əlavə olaraq mərkəz yeni texnoloji həllərin sürətli inteqrasiyası məsələlərində ABŞ-ın korporativ sektoruna yardım edəcək.

 

Məlumata görə, “Hitachi High-Tech Group” korporasiyasının vəzifələrindən biri “FinFET” və “GAA” tranzistorlu çiplər daxil olmaqla çoxsəviyyəli üçölçülü yaddaş strukturlarının və məntiqi qurğuların miqyaslanması və istehsalı ilə bağlı problemlərin həllindən ibarətdir.

 

İkimərtəbəli tədqiqat mərkəzinin inşasının 2022-ci ilin avqustunda başa çatdırılması planlaşdırılır. Obyektdə “Hitachi High-Tech Group” texnologiyaları əsasında ən yeni proses, nəzarət, ölçmə və analiz sistemlərindən istifadə nəzərdə tutulur.

 

Nizam Nuriyev





Baxış sayı: 599

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024