12px13px15px17px
Tarix:02/06/21

“Mozilla Firefox” brauzerinə tərcümə funksiyası quraşdırılıb

“Mozilla Firefox” brauzerinə tərcümə funksiyası quraşdırılıb. Bu, o deməkdir ki, bundan sonra mətnlərin tərcüməsi üçün brauzer istifadəçiləri kənar vasitələrdən istifadə etməyəcəklər. Hazırda funksiya brauzerin yalnız sınaq versiyalarında mövcuddur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, söhbət bilavasitə brauzerə inteqrasiya edilən və son “Firefox Nightly” versiyalarında mövcud olan “Firefox Translations” adlı funksiyadan gedir. “Mozilla” tərcüməçisi “Google Translate” proqramının analoqu olsa da, vacib fərqlərə malikdir. Məsələ ondadır ki, yeni “Firefox” funksiyası məxfiliyi nəzərdə tutur, mətnlərin tərcüməsi lokal edilir, onların məzmunu isə “bulud” məkanına ötürülmür.

 

Bildirilir ki, “Firefox” test versiyalarında tərcümə funksiyası avtomatik aktivləşdirilməyib. Funksiyanın müstəqil aktivləşdirilməsi üçün eksperimental funksiyalar siyahısını açmaq, “extensions.translations.disabled” funksiyasını taparaq onu aktivləşdirmək və brauzeri yenidən başlatmaq lazımdır.

 

Test versiyalarında tərcümə funksiyası qənaətbəxş olsa da, onun brauzerin stabil versiyalarda nə vaxt istifadəyə veriləcəyi barədə məlumat verilmir.

 

Nizam Nuriyev





Baxış sayı: 571

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024