Ən populyar “iPhone” açıqlanıb
“iPhone 11” modelinin əsas versiyası “Apple” şirkətinin dünyada ən populyar smartfonu olub. Bu barədə müvafiq məlumatlar “Counterpoint Research” tədqiqat şirkətinin saytında dərc edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “iPhone” smartfonlarının populyarlığının qiymətləndirilməsi üçün ekspertlər tədarük və ya satış həcmini deyil, qurğuların quraşdırılmış baza məlumatlarını əsas götürüblər. Mütəxəssislərin sözlərinə görə, bu informasiya dövriyyədə olan qurğular haqqında faktiki sayı bildirir. 2021-ci ilin birinci rübünə olan vəziyyətə görə, “iPhone 11” modeli “Apple” şirkətinin ən populyar smartfonu seçilib. İkinci və üçüncü pillələrdə müvafiq olaraq “iPhone XR” və “iPhone 8” qərarlaşıb. İlk beşliyi ötən payızda təqdim edilən “iPhone 7” tamamlayıb.
Şirkət, həmçinin “Apple” smartfonlarının məhsul seriyasına olan tələbatı müəyyənləşdirib. İlin birinci rübünə olan məlumata görə, 25 faizlik paya sahib çıxan “iPhone 11” seriyası liderdir. İkinci mövqedə 16 faiz payla “iPhone 12” seriyası yer alıb. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin birinci rübündə o zaman aktual olan “iPhone 11” seriyasının payı 15 faiz, “iPhone Xs/XR” seriyasının isə 21 faiz təşkil edib. Analitiklər qeyd edib ki, aktual seriyalı qurğular “iPhone 12” smartfonlarının buraxılışının bir ay gecikməsinə baxmayaraq “iPhone 11” seriyalı modellərdən daha yaxşı satılır.
Statistika qabaqcıl modellərin (adda “Pro” və ya “Max” postfiksli) və qurğuların əsas versiyalarının (iPhone 11, 12 və 12 mini) nisbətini nümayiş etdirib. Məlum olub ki, 2020-ci ilin əvvəlində bahalı modellərin payı 44 faiz olduğu halda bir il sonra qabaqcıl qurğuların payı artıb. Belə ki, “iPhone 12 Pro” və “12 Pro Max” smartfonlarının payı 54 faiz təşkil edib.
Nizam Nuriyev
Baxış sayı: 1005
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet