“iPhone 13” təkmilləşdirilmiş akkumulyatorla təchiz ediləcək
“Apple” şirkəti rekord akkumulyator tutumuna malik smartfon buraxmağa hazırlaşır. Bu barədə “GSM Arena” nəşri məlumat yayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, Çin mənbələrinin hesabatlarına istinad edən medianın məlumatına görə, ABŞ şirkəti növbəti payızda dörd smartfon (iPhone 13, 13 mini, 13 Pro və 13 Pro Max) təqdim etmək planlarından imtina etməyib. Kiçik “iPhone 13 mini” modeli 2406 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcəyi halda aktual “12 mini” modeli 2227 milliamper/saat tutumlu batareyaya malik olacaq.
Həmçinin qeyd olunur ki, 6,1 dymlük “iPhone 13” və “13 Pro” modelləri də təkmilləşdirilmiş – 3095 milliamper/saat tutumlu batareya ilə təchiz olunacaq. Müqayisə üçün qeyd edək ki, hazırkı “iPhone 12” və “12 Pro” smartfonları 2815 milliamper/saat tutumlu akkumulyatorla buraxılıb. Bundan başqa, “iPhone 12 Pro Max” modeli 3687 milliamper/saat tutumlu batareya ilə təchiz olunduğu halda onu əvəzləyən “iPhone 13 Pro Max” smartfonu 4325 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək.
Beləliklə, “iPhone 13”, “13 mini”, “13 Pro” və “13 Pro Max” smartfonlarının akkumulyator tutumu aktual “Apple” qurğuları ilə müqayisədə müvafiq olaraq 8, 10 və 18 faiz artacaq. Akkumulyator tutumunun artırılması qurğuların avtonomluğuna müsbət təsir göstərəcək.
Jurnalistlərin sözlərinə görə, smartfonların təkmilləşdirilmiş akkumulyatorlarla təchiz edilməsi zərurətdən irəli gəlir. Çünki əksər “iPhone 12” seriyalı qurğuların istifadəçiləri avtonomluğun azalmasından şikayət edib. Bunun “OLED” displeylərin mövcudluğu və “5G” dəstəyinin tətbiqi ilə əlaqədar olması ehtimal edilir.
Nizam Nuriyev
Baxış sayı: 2166
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet