“SXM-8” peyki uğurla orbitə çıxarılıb
“SpaceX” şirkəti ABŞ-ın “SXM-8” telekommunikasiya peykini uğurla orbitə çıxarıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Falcon 9” raketdaşıyıcısı ABŞ-ın Şərq sahili vaxtı ilə saat 00:28-də Florida ştatında yerləşən Kanaveral kosmodromundan start götürüb. Peyk subsinxron geostasionar orbitə çatdırılıb. Bir neçə dəqiqədən sonra raketin “B1061-3” kod adlı çoxdəfəli ilk pilləsi Atlantik okeanda “Just Read the Instructions” üzən platformasına avtomatik eniş edib.
“NASASpaceflightnow.com” saytının məlumatına görə, bu, “B1061-3” raketinin üçüncü uçuşudur. Belə ki, 2020-ci ilin noyabrında o, göyərtəsində astronavtların olduğu “Crew Dragon” gəmisinin Beynəlxalq Kosmik Stansiyaya buraxılışı zamanı istifadə olunub. Onun ikinci uçuşu 2021-ci ilin aprelində daha dörd astronavtın Beynəlxalq Kosmik Stansiyaya çatdırılmasında baş tutub.
“Maxar Technologies” şirkəti tərəfindən hazırlanan “SXM-8” peykinin start kütləsi 7 ton, planlaşdırılan iş vaxtı 15 il təşkil edir. O və analoji “SXM-7” peyki ABŞ-ın “SiriusXM” radiostansiyası tərəfindən istifadə edilən köhnəlmiş “XM-3” və “XM-4” peyklərinin əvəzlənməsi üçün nəzərdə tutulub.
2020-ci ilin dekabrında orbitə çıxarılan “SXM-7” peyki altı həftə sonra sıradan çıxıb. Nasazlığa proqram təminatında səhvin səbəb olduğu ehtimal edilir.
Nizam Nuriyev
Baxış sayı: 542
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet