12px13px15px17px
Tarix:27/12/11

“LG” şirkəti yeni “3D” eynək və “3D” televizor hazırlayır

“LG Electronics” şirkəti 2012-ci ilin ilk rübündə stereoskopik təsvirə baxmaq  üçün yeni eynək modelləri istehsal etməyi planlaşdırır.

İstifadəsi daha rahat olan “F310”, “F320” və “F360” eynəklərinin tezliklə satışa çıxarılacağı bildirilib. “F310” eynəyi nazik çərçivəyə malikdir, linzaların əyilmiş forması “3D” təsvirin qəbul olunmasını yaxşılaşdırır.

Eynəyin çəkisi 13,5 qramdır. Çərçivəsiz “F320” eynəyinin çəkisi 5,5 qramdır. Dizayner Alan Mikli ilə birgə işlənmiş “F360” modelinin çəkisi 16 qramdır.


Həmçinin bildirilib ki, “CES 2012” (Las-Veqas, Nevada, ABŞ) sərgisində “LG” şirkəti yeni "ağıllı" “Cinema 3D Smart TV” televizorlarını təqdim edəcək. Onlar “İntel WiDi” texnologiyasına malikdirlər. Bu texnologiya təsviri portativ kompyuterdən simsiz əlaqə vasitəsilə yüksək dəqiqlikli panelə ötürməyə imkan verir.




Baxış sayı: 2437

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Oktyabr 2024

05 10 2024