“Realme” ən ucuz “4K” televizor buraxacaq
“Realme India” baş direktoru Madhav Şet şirkətin ən ucuz məhsulu olacaq 32 düym diaqonallı yeni “ağıllı” televizorun buraxılışının üzərində çalışmasını təsdiqləyib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, bu yaxınlarda şirkət tərəfindən “Dolby Vision”, “Dolby Atmos” və “DTS-HD” texnologiyalarını dəstəkləyən 43 və 50 düymlük televizorlar buraxılıb. 32 düymlük modelin analoji xüsusiyyətlər və funksiyalar təklif edəcəyi gözlənilir. Yeni televizor “4K” təsvir ölçülü panellə təchiz ediləcək.
“MediaTek” birkrsitallı sistemi üzərində qurulan qurğular 2 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunub. Onlar “Android TV 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyir, populyar proqramları, eləcə də “Google Chromecast” musiqi pleyerini və “Google Assistant” səsli köməkçisini dəstəkləyir.
Televizorlar ikidiapazonlu “Wi-Fi”, “Bluetooth 5.0” modulları, üç “HDMI” portu, iki “USB” çıxışı, “SPDIF” optik çıxışı və “Ethernet” çıxışı ilə təchiz edilib. Səs üçün hər biri 12 vatt gücündə iki səsgücləndiricidən istifadə olunur.
32 düym diaqonallı yeni televizorun iyunun 24-də nümayiş olunacağı gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 1268
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet