12px13px15px17px
Tarix:16/06/21

14 düymlük ən kiçik oyun noutbuku təqdim edilib

"Razer" şirkəti qabaqcıl "AMD Ryzen 9 5900HX" prosessoru əsasında yeni "Blade 14" noutbukunu nümayiş etdirib. Bu, "Razer Blade" seriyasında "AMD" çipli ilk modeldir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti." resursuna istinadən yazır ki, yeni 14 düymlük noutbuk 165 giqahers yeniləmə tezlikli "QHD" (2560x1440 piksel) və ya 144 giqahers yeniləmə tezlikli "FHD" (1920x1080 piksel) panellə təchiz edilib. Birinci variantda "NVIDIA GeForce RTX 3080" (və ya 3070), ikincidə "GeForce RTX 3060" qrafik sürətləndiricisindən istifadə edilib. Hər iki displey müvafiq olaraq "DCI-P3" və "sRGB" rəng məkanını 100 faiz əhatə edən "IPS" matrisası ilə təchiz edilib. Proqram təminatında 6 giqabaytlıq "DDR4-3200" operativ yaddaşı ilə yanaşı, 1 terabayt tutumlu "SSD" toplayıcısı, eləcə də "Wi-Fi 6E (802.11ax) və "Bluetooth 5.2" simsiz rabitə modulları nəzərdə tutulub.

 

"Razer" nümayəndələrinin sözlərinə görə, yeni "Blade" noutbuku 319,7x220x16,8 ölçülü və 1,78 kiloqram çəkili 14 düymlük ən nazik oyun noutbukudur.

 

Yeni qurğu, həmçinin 720p təsvir ölçülü veb-kamera ilə təchiz olunub ki, buna da digər oyun noutbuklarında rast gəlmək mümkün deyil.

 

Qeyd edək ki, internetdə keçirilən sorğuların nəticələrinə görə, "Intel" prosessorları əsasında "Razer" portativ kompüterləri daim ən yaxşı oyun noutbukları siyahılarında yer alır.

 

Nizam Nuriyev





Baxış sayı: 827

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024