12px13px15px17px
Tarix:17/06/21

İnternet və mobil rabitəsiz işləyən messencerlər açıqlanıb

"Gem4me" messencerinin testlər üzrə mütəxəssisi Anastasiya İliçeva internetə və dayanıqlı mobil rabitəyə qoşulmadan işləyən messencerləri açıqlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta." resursuna istinadən yazır ki, ekspert "Android" qurğuları üçün hazırlanan "FireChat" proqramını tövsiyə edib. Messencer məlumatların ötürülməsi üçün şəbəkə yaradan "Bluetooth" və birdərəcəli "Wi-Fi" vasitəsilə avtonom rejimində məlumat mübadiləsinə imkan verir. Lakin iki qurğu arasında məlumat ötürmə radiusu 65-70 metrə çatır. "Bridgefy" messenceri də "Bluetooth" və ya "Wi-Fi" vasitəsilə böyük qrup istifadəçilər daxil olmaqla məlumatları 70 metr radiusda ötürməyə şərait yaradır ki, bu da fövqəladə hallar və ya təbii fəlakətlər zamanı böyük əhəmiyyət daşıyır.

 

"Serval Mesh" messenceri "Wi-Fi" şəbəkələri vasitəsilə mobil telefonlar arasında birbaşa bağlantı yaratsa da, "Wi-Fi" vasitəsilə şəbəkənin formalaşdırılmasında mobil rabitə siqnalı tələb etmir. Ekspertin sözlərinə görə, proqram geniş rabitə dairəsini, eləcə də minimum şəbəkə iştirakçısı ilə böyük ötürmə məsafəsini təmin edir.

 

"Hike" proqramı analoqlarından əlavə funksiyalarla fərqlənir: məsələn, məlumatların avtonom rejimdə göndərilməsi və şəxsi ünsiyyəti gizlətmək imkanı. O, 100 metrədək məsafədə işləyir və məlumatları interentə qoşulmadan SMS şəklində göndərir. "Signal Offline" messenceri məkanı skan edir, yaxınlıqdakı qurğuları aşkarlayır və istifadəçilərin siyahısını tərtib edir.

 

Nizam Nuriyev





Baxış sayı: 2374

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024