Tarix:27/12/11
Cənab Çatinin fikrincə, 2012-ci ildə "ağıllı" “Apple” televizorunun yaranmasını gözləmək olar. "Alma" şirkətinin TV-panellər hazırlaması ilə məşğul olması haqqında şayiələr çoxdan gedir. Televizorların “Apple” şirkətinin onlayn xidmətləri ilə əlaqəli olacağı gözlənilir: istifadəçilər musiqi və film daxil olmaqla, müxtəlif multimedia məzmununu yükləyə biləcəklər.
Videoya baxmaq üçün istifadəçilər mediaplanşetlərdən daha aktiv istifadə edəcəklər.
Cənab Çati hesab edir ki, 2012-ci ildə “Google TV” platforması inkişaf etməyə davam edəcək. Qeyd edək ki, “Google TV” ənənəvi televiziya yayımı və interneti birləşdirir.
Platforma televiziya ekranı vasitəsilə veb-axtarış vasitələrinə, həmçinin əyləncə, informasiya və digər şəbəkə resurslarına giriş imkanı verir.Smartfon kameraları vasitəsi ilə çəkilmiş videomaterialların sayı artacaq.
Nəhayət, Piter Çati hesab edir ki, yüksək dəqiqlikli videoları dəstəkəyən müxtəlif aparat həllərinə tələbat artımını gözləmək lazımdır.
Piter Çati 2012-ci il üçün proqnoz verdi
“Sorenson Media” şirkətinin prezidenti və icraçı direktoru Piter Çati televiziya və onlayn video bazarının inkişafı haqqında fikirlərini bölüşüb. Qeyd edək ki, “Sorenson Media” şirkəti kodeklərin hazırlanması ilə məşğuldur.Cənab Çatinin fikrincə, 2012-ci ildə "ağıllı" “Apple” televizorunun yaranmasını gözləmək olar. "Alma" şirkətinin TV-panellər hazırlaması ilə məşğul olması haqqında şayiələr çoxdan gedir. Televizorların “Apple” şirkətinin onlayn xidmətləri ilə əlaqəli olacağı gözlənilir: istifadəçilər musiqi və film daxil olmaqla, müxtəlif multimedia məzmununu yükləyə biləcəklər.
Videoya baxmaq üçün istifadəçilər mediaplanşetlərdən daha aktiv istifadə edəcəklər.
Cənab Çati hesab edir ki, 2012-ci ildə “Google TV” platforması inkişaf etməyə davam edəcək. Qeyd edək ki, “Google TV” ənənəvi televiziya yayımı və interneti birləşdirir.
Platforma televiziya ekranı vasitəsilə veb-axtarış vasitələrinə, həmçinin əyləncə, informasiya və digər şəbəkə resurslarına giriş imkanı verir.Smartfon kameraları vasitəsi ilə çəkilmiş videomaterialların sayı artacaq.
Nəhayət, Piter Çati hesab edir ki, yüksək dəqiqlikli videoları dəstəkəyən müxtəlif aparat həllərinə tələbat artımını gözləmək lazımdır.
Baxış sayı: 653
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı