12px13px15px17px
Tarix:25/06/21

“McAfee” antivirusunun yaradıcısı vəfat edib

İyunun 24-nə keçən gecə “McAfee” kompüter antivirusunun yaradıcılarından biri Con Makafi vəfat edib. O, İspaniya polisi tərəfindən ABŞ-a ekstradisiya olunacağını gözlədiyi Barselona həbsxanası kamerasında ölü tapılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Digger” resursuna istinadən yazır ki, Kataloniya Ədliyyə Nazirliyinin nümayəndəsi “Reuters” agentliyinə antivirus yaradıcısının ölümünü təsdiqləyib. Hakimiyyət nümayəndələri və jurnalistlər hesab edir ki, o intihar edib, lakin rəsmi ölüm səbəbi hələ ki müəyyənləşdirilməyib.

 

C.Makkafi ABŞ Federal Prokurorluğunun sorğusu əsasında 2020-ci ilin oktyabrında Barselona aeroportunda həbs olunub. Ona qarşı dələduzluq, “çirkli pullar”ın yuyulması, vergidən yayınma ittihamı irəli sürülüb. Ekstradisiya olunacağı təqdirdə onu ABŞ-da ömürlük həbs cəzası gözləyirdi.

 

Qeyd edək ki, son illər C.Makafi əsasən qeyri-adekvat davranışı ilə medianın diqqətini cəlb edib. Belə ki, o, 2012-ci ildə 5 min dollar müqabilində qonşusunu öldürmək üçün muzdlu qatilin tutulmasında ittiham olunub. Bundan başqa, C.Makafi bu yaxınlarda Dominikan Respublikasının səlahiyyətli orqanları tərəfindən onun yaxtasında aşkarlanan iriçaplı silah və digər silahların qaçaqmalçılığında şübhəli bilinərək həbs edilib.

 

Nizam Nuriyev





Baxış sayı: 2263

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024