Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirilib.
Tədbirin əvvəlində Lütfi Zadənin həyat və fəaliyyətinə həsr edilmiş qısametrajlı sənədli film nümayiş etdirilib.
Sonra nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rövşən Rüstəmov çıxış edib. Nazir müavini dahi azərbaycanlı alimin riyaziyyat, kibernetika, informatika və hesablama texnologiyasının inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlərdən danışıb.
Rövşən Rüstəmov qeyd edib ki, Lütfi Zadə yalnız elmi və fəlsəfi düşüncəyə deyil, həm də texnoloji inkişafa təsir edən vacib fikirləri ortaya qoymuş böyük bir şəxsiyyətdir: "Onun yaratdığı elmi məktəb və laboratoriyalar yarım əsrdən artıqdır ki, dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvü, onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru idi".
Tədbirin gedişində Lütfi Zadə elminin müxtəlif aspektləri müzakirə olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Bakı Dovlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev və digər natiqlər çıxış edərək görkəmli alimin fundamental nəzəriyyələrindən danışıb, elmi müzakirələr aparıblar.
Baxış sayı: 16218
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet