12px13px15px17px
Tarix:28/12/11

Mark Zukerberq öküz “sürdü”

Dünyanın ən böyük sosial şəbəkəsinin banisi bayramqabağı istirahət üçün qeyri-adi ölkə seçib. “The Wall Street Journal” bildirib ki, Mark Zukerberq son bir neçə günü dostları ilə birlikdə Vyetnamda keçirib.

Məlumat üçün qeyd edək ki, “Facebook” və digər sosial şəbəkələrdən istifadə Vyetnamda qadağandır.
Mark Zukerberqi Xalonq körfəzindəki yerli kurortda görüblər. Şahidlərin sözlərinə əsasən, 27 yaşlı milyarder bu dəfə bizon öldürməyib, öküz üzərində gəzib.
 




Baxış sayı: 647

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024