12px13px15px17px
Tarix:30/12/11

Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açılıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Şəhərdə nəqliyyatın hərəkəti beşmərtəbəli inzibati binadakı müasir server, 18 şəbəkə avadanlığı, ümumi sahəsi 120 kvadratmetr olan monitor vasitəsilə idarə ediləcək.

İntellektual idarəetmə zalında 600 rəqəmsal görüntünü əks etdirən çox böyük monitor quraşdırılıb. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın hərəkət vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumat əldə etmək mümkündür.

Dayanacaqlarda quraşdırılan informasiya terminalı vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti barədə məlumat almaq olar. Nəqliyyatda tətbiq olunacaq vahid ödəniş sistemi isə sərnişinlərin rahatlığını artıracaq.

Mərkəzin əsas funksiyası məlumatların toplanması və məlumat bazasının formalaşdırılması, mövcud vəziyyətin təhlili və optimallaşdırılması, məlumatların istifadəçilərə ötürülməsi, avtomatik rejimdə göstərişlərin verilməsi və yerinə yetirilməsinin müşahidəsindən ibarətdir.

Mərkəz cinayətkarlığın qarşısının alınmasında Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Nazirliyin kameralarının qeydə aldığı görüntülərin də monitorinqi bu mərkəzdə aparılacaq. 
Prezident İlham Əliyev mərasimdə çıxış edib.

Sonda dövlət başçısı görülmüş işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.




Baxış sayı: 1461

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024