12px13px15px17px
Tarix:05/01/12

Avtobuslar GPS sistemi ilə idarə olunur

Bakıda Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin fəaliyyətə başlaması ilə əlaqədar sərnişin avtobuslarında xüsusi monitorlar quraşdırılıb.

Nəqliyyat Nazirliyindən verilən məlumata görə, azərbaycanlı mütəxəssislər tərəfindən təkmilləşdirilmiş və “Azəri” adı altında patentləşdirilmiş bu xüsusi avadanlıq artıq 2096 ədəd avtobusda quraşdırılıb.

Yeni qurğu Nəqliyyatın İntellektual İdarəetmə Sistemi ilə avtobusun sürücüsü arasında birbaşa əlaqəni təmin edir. Mərkəzdən avtobusa səs və mətn tipli informasiyanın ötürülməsi mümkündür.

Eyni zamanda avadanlıq vasitəsilə sürücü tərəfindən mərkəzə qəza, nasazlıq və s. barədə informasiyanın mətn formatında ötürülməsi təmin edilir.

Bundan başqa, sürücü bu cihaza öz barmaq izini və şəxsi kimlik kodunu daxil edir. Bu zaman məlumat bazası ilə əlaqə yaranır və sürücü haqqında məlumat yoxlanılır.

Yalnız məlumat təsdiq olandan sonra sürücü ictimai nəqliyyatı idarə edə bilər. Avtobus sürücüsü bu avadanlıq vasitəsi ilə vaxt və məsafə intervallarına da nəzarət edir.

Bu cihaza GPS sistemi də daxildir. Məhz bu sistem vasitəsi ilə xəritədə avtobusun yerinin müəyyən olunması, sürücünün nəzərdə tutulmuş marşrutdan yayınması və digər pozuntular barədə mərkəzə məlumat daxil olur və mərkəz tərəfindən avtobusların hərəkətinə tam nəzarət həyata keçirilir.






Baxış sayı: 921

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024