12px13px15px17px
Tarix:28/06/11

Rayonlarda da video müşahidə kameraları quraşdırılacaq

İnformasiya texnologiyalarının tətbiqi nəticəsində yol patrul xidmətinin işi daha da modernləşmişdir. Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin ICTnews-ə verdiyi məlumata görə, yaxın vaxtlarda Bakı şəhəri ilə yanaşı, respublikamızın bütün rayonlarında videomüşahidə kameralarının quraşdırılması nəzərdə tutulub. ”Bu, yol polisi sisteminin tamamilə modernləşdirilməsi və onun işinin Avropa standartlarına uyğun qurulması deməkdir .
Biz hər bir rayonda videomüşahidə kameralarını yerləşdirməklə rayonlarda YPX-nin işini daha da asanlaşdıraraq ümumi nəzarəti təmin edəcəyik. İlkin olaraq hər bir rayonda küçələrdə qurulan videomüşahidə kameraları həmin rayonun polis şöbəsində qurulan monitorlara birləşdiriləcək ” – deyə K.Əliyev bildirib.
Online olaraq mərkəzi serverə birləşdiriləcək videokameralar rayon polis idarəsinin kompyuter mərkəzində qeydiyyata alınaraq bir ay müddətində saxlanılacaq.
”Gələcəkdə bütün rayonların kompyuterlərinin online olaraq Respublika Dövlət Yol Polisi İdarəsinə birləşdirilməsi planlaşdırılır ki, bu da ümumi nəzarətin daha da güclü təmin edilməsi deməkdir” - deyə K.Əliyev əlavə etdi.



Baxış sayı: 2361

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2024

13 10 2024