12px13px15px17px
Tarix:28/06/11

Fərdi kompyuterlər üçün yeni “Opera” istifadəyə verilib

“Opera” şirkəti “Windows”, “Mac OS X” və “Linux” əməliyyat sistemləri üçün “Opera 11.50” səyyahını istifadəyə verib.
Əsas yeniliklərdən biri — ekspress-panel üçün yenilənən tərkiblə genişlənmələr dəstəyidir. Belə genişlənmələr "canlı" rejimdə sosial şəbəkələrdə dostlardan təzə xəbərləri almağa, hava proqnozunu, səhm məzənnələrini, idman yarışlarının nəticələrini və s. əldə etməyə icazə verir. Əvvəlki kimi ekspress-paneldə ən tez-tez baş çəkilən saytlara giriş üçün miniatür təsvirlər yerləşdirilə bilər.
Bundan başqa, “Opera Link” sistemi də təkmilləşdirilmişdir: indi o, yalnız vərəqləri (tabs), qeydləri və axtarış xidmətlərini deyil, həm də veb-saytlar üçün şifrələri sinxronlaşdıra bilər. “Opera” qeyd etdiyi kimi, bu funksiyanın hazırlanması vaxtı, ilk növbədə sinxronlaşdırmanın təhlükəsizliyi nəzərə alınıb.
“Opera 11.50”-də istifadəçi interfeysi daha da təkmilləşdirilmiş, qrafik mühərrikin məhsuldarlığı yüksəldilmiş, səyyahın nüvəsi yenilənmiş və müasir veb-standartlarla uyğunluq yaxşılaşdırılmışdır. Nəticədə bir neçə min səhv və natamamlıq aradan qaldırılmışdır.



Baxış sayı: 2954

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024