12px13px15px17px
Tarix:11/01/12

Bakının “Rabitə” voleybol klubu Almaniyanın “Drezdner” komandasına qalib gəlib

Qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının V turu çərçivəsində Bakının “Rabitə” komandası növbəti oyununu keçirib.

 “Sərhədçi” Olimpiya İdman Mərkəzində Almaniyanın “Drezdner” klubunu qəbul edən “Rabitə” rəqibini 3:0 (25:17, 25:17, 25:16) hesabı ilə məğlub edib.

Maraqlı idman mübarizəsi şəraitində keçən oyunu litvalı baş hakim Ritvars Alksnis idarə edib. Baş hakimin köməkçisi isə bolqarıstanlı referi Krassimir Todorov olub.


Xatırladaq ki, “Rabitə” ilk oyununu evdə keçirmiş və Fransanın “Mulhouse” klubunu məğlub edib - 3:0. Ardından təmsilçimiz səfərdə Almaniya “Drezdner” komandasına gücünü göstərib– 3:0.

Lakin “Fənərbaxça” (Türkiyə) ilə səfərdə keçirilən oyunda baş məşqçi Qoran Zayiçin komandası məğlubiyyətlə üzləşib – 0:3. Buna baxmayaraq, son oyununda “Rabitə” “Fənərbaxça”nı məğlub yola sala bilib - 3:1.


Beləliklə, “Rabitə”  12 xalla turnir cədvəlində birinci pilləyə yüksəlib. “Fənərbaxça” 9 xal ilə ikinci, “Drezdner” isə 3 xalla üçüncü pillədə qərarlaşıblar.
 
 




Baxış sayı: 1167

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024