12px13px15px17px
Tarix:13/01/12

2012-ci ildə hansı şirkət daha çox smartfon satacaq?

Finlandiyanın “Nokia” şirkəti cari il “Windows Phone” mobil əməliyyat sistemi ilə işləyən təxminən 37 milyon smartfon sata bilər. “Morgan Stanley” investisiya bankının analitik proqnozunda belə qeyd olunub.

Lakin ekspertlər  “Nokia” şirkətinin satışlarının 2013-cü ildə 64 milyon smartfona qədər artacağını gözləyirlər.

Eyni zamanda, “Morgan Stanley” investisiya bankı qeyd edir ki, satışların uğurlu olmasında bir çox şey “Microsoft” korporasiyasının dəstəyindən və “Nokia” partnyorlarından asılı olacaq.

Həmçinin “Morgan Stanley” analitiklərinin proqnozlarına əsasən, Tayvanın  “HTC” şirkətinin satış həcmi bu il “Nokia” şirkətinin göstəricilərini ötəcək və 43 milyon smartfon təşkil edəcək.

Qeyd edək ki, “HTC” şirkəti də “Windows Phone” mobil əməliyyat sistemi əsasında olan smartfonlar istehsal edir.  2013-cü ildə “HTC” şirkəti “Windows Phone” əsasında təxminən 74 milyon smartfon sata bilər.




Baxış sayı: 761

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024